Xəzər Xəbər

"Mançester Siti" Sanenin əvəzedicisini tapdı

İdman | 13:24 • 26 May 2020
"Mançester Siti" Sanenin əvəzedicisini tapdı

"Bayer"in vingeri Leon Beyli karyerasını İngiltərədə davam etdirə bilər.


"Daily Mail" xəbər verir ki, "Mançester Siti" Beylinin xidmətində maraqlıdı. "Şəhərlilər" 22 yaşlı futbolçunu, komandadan ayrılacağı gözlənilən Leroy Sanenin əvəzedicisi hesab edir.


"Siti" skautlarının iki ildi Beylini yaxından izlədiyi bildirilir. Yamaykalı oyunçunun transferi 40 milyon funt dəyərində qiymətləndirilir.


Beylinin "Bayer"lə müqaviləsi 2023-cü ilin yayında başa çatır.


Fanat.Az

Xəbər lenti