Xəzər Xəbər

Alleqri qayıdır

İdman | 13:18 • 26 May 2020
Alleqri qayıdır

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını bərpa etməyə hazırdı.


"La Gazzetta dello Sport" xəbər verir ki, Alleqri İtaliya A Seriyasında işləmək niyyətində olsa da, ambisiyalarına uyğun gəlməyən yerli klublara maraq göstərmir. Hazırda 52 yaşlı mütəxəssisin adı "Mançester Yunayted" və PSJ ilə birlikdə hallanır.


Alleqri 2014-2019-cu illər aralığında "Yuventus"u çalışdırıb. Onun rəhbərliyi altında Turin klubu 5 dəfə A Seriyasının, 4 dəfə İtaliya Kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar