Xəzər Xəbər

Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı

İdman | 12:32 • 14 Oktyabr 2018
Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı
Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb.

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezerə müraciət ünvanlayıb.

Dağıstanlı idmançı boks üzrə sabiq çempionu döyüşə çağırıb.

"İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox?

Bu cəngəllikdə yalnız bir kral var – o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”, - Nurməhəmmədov deyib.(oxu.az)

Xəbər lenti