Xəzər Xəbər

Şumaxerin oğlu çempion oldu

İdman | 10:23 • 14 Oktyabr 2018
Şumaxerin oğlu çempion oldu
"Formula-1”in yeddiqat çempionu, əfsanəvi pilot Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa "Formula-3” yarışlarının qalibi olub.


XəzərXəbər xəbər verir ki, 19 yaşlı Mik Şumaxer yarışların Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq ən yaxın izləyicisi Den Tiktuma üçün əlçatmaz olub.

Qeyd edək ki, Mik bu mövsümdə "Formula-3”-də səkkiz yürüşdən qalib ayrılıb. Bir il əvvəl isə özünün debüt mövsümündə 12-ci yeri tutmuşdu. O, 2016-cı ildə "F4"ün İtaliya və Almaniya seriyalarında ikinci olub.

Xəbər lenti

Çox oxunanlar