Xəzər Xəbər

"Artıq bu oyunu unutmalıyıq" Qurban Qurbanov

İdman | 09:42 • 15 Avqust 2018
"Artıq bu oyunu unutmalıyıq"
"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər"


XəzərXəbər xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov BATE ilə görüşdən sonra deyib.


"Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik", - Q.Qurbanov deyib.

Qeyd edək ki, "Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab matçında Belarusun BATE komandası ilə qarşılaşıb. Latviyadan olan hakimlər briqadasının idarə etdiyi oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Komandalar arasında Bakıda keçirilmiş ilk görüş Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdığından təmsilçimiz növbəti mərhələyə adlaya bilməyib. Bununla da Ağdam klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.

Xəbər lenti