Xəzər Xəbər

Premyer Liqada komandaların sayı 10 olacaq? Baş katib açıqladı

İdman | 16:57 • 1 May 2018
Premyer Liqada komandaların sayı 10 olacaq?

AFFA İntizam Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

XəzərXəbər xəbər verir ki, ilin ikinci iclasının mayın 15-nə qədər keçiriləcəyi planlaşdırılır.

Bu barədə federasiyanın baş katibi Elxan Məmmədov bu gün keçirilən Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş katib bildirib ki, Premyer Liqada iştirak edəcək komandaların sayının 10-a qaldırılmasına dair müzakirələr aparılır. Qurumun növbəti iclasına qədər iştirak edəcək komandaların lisenziyalaşması prosesi başa çatacaq. Bu mövzu AFFA-nın iclasında müzakirəyə çıxarılacaq və yekun qərar qəbul ediləcək.

Xəbər lenti