Xəzər Xəbər

"Barselona" nəhayət Arda Turan barədə son qərarını verdi

İdman | 16:43 • 15 Sentyabr 2017
"Barselona" nəhayət Arda Turan barədə son qərarını verdi

"Barselona" futbol klubu Paulinyo, Dembele, Nelson Semedo, Cerard Dulfo və Marlon transferlərini başa çatdırdı.

"Barselona" klubu yanvar ayındakı transfer istiqamətini də müəyyənləşdirib.

Klubun orta sahə oyunçusu Jan Mişel Serinin transferi üçün cəhdləri uğursuz olmuşdu. Amma klub bu fikirdən vaz keçməyib və yanvar ayında Serini İspaniyaya gətirməyi planlaşdırır. Oyunçu üçün 40 milyon avro transfer xərci tələb edilir. "Nice" klubu ilə Serinin müqaviləsi 2019-cu ilin yanvar ayına qədər müddət üçün nəzərdə tutulub.

"Barselona" klubu Arda Turanın da yanvar ayında transfer ediləcəyi və ya kirayəyə veriləcəyi barədə qərarını da dəqiqləşdirib. Başqa bir versiyaya əsasən isə Arda Turan "Liverpul"un ulduzu Filipp ilə dəyişdiriləcək.


Xəbər lenti