Xəzər Xəbər

Zabit Səmədov “Sümükqıran”la döyüşəcək

İdman | 11:12 • 13 Avqust 2017
Zabit Səmədov “Sümükqıran”la döyüşəcək

Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək.

Səmədovun budəfəki rəqibi hollandiyalı idmançı "Sümükqıran” ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə "K-1” üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib.

Avqustun 23-də keçiriləcək görüş Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr ediləcək.

Qeyd edək ki, Zabit Səmədovun aktivində 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət var.

Xəbər lenti