Xəzər Xəbər

PSG-nin Ronaldo üçün təklifi məlum oldu

İdman | 15:58 • 18 İyun 2017
PSG-nin Ronaldo üçün təklifi məlum oldu

PSG son günlər "Real Madrid"dən getmək istədyi deyilən Kriştiano Ronaldonun ələ keçirmək üçün kifayət qədər pul xərcləmək fikrindədir.

Paris klubu ulduz futbolçunu 150 milyon avroya transfer edib ona mövsüm ərzində 30 milyon avro məvacib ödəməyə hazırdır. Bu barədə klubun prezidenti Naser Əl-Xəlaifi Ronaldonun agenti Jorje Mendeşə məlumat verib. "Daily Mail" qətərli funksionerlə Mendeş arasında görüşün iyunun 3-də Kardifdə baş tutduğunu yazır. Ronaldoya "Manchester United", "Monaco" və bir Çin klubu da iddia edir.

Xəbər lenti