Xəzər Xəbər

PSJ transfer rekordu qıracaq 100 milyon avro

İdman | 14:23 • 18 İyun 2017
PSJ transfer rekordu qıracaq

PSJ transfer rekorduna imza atmaq istəyir. Paris klubu "Atletiko"nun qapıçısı Jan Oblakı heyətinə qatmağa çalışır.

Sloveniyalı qapıçının Madrid klubu ilə müqaviləsinə əsasən 100 milyon avro ödənəcəyi halda o, istənilən kluba keçə bilər. İddia olunur ki, RSJ bu maddədən yararlanaraq onu heyətinə qatmağa çalışır.

24 yaşlı qapıçını "Mançester Yunayted", "Çelsi" və "Arsenal"ın da istədiyi bildirilir.

Qeyd edək ki, "Atletiko" Jan Oblakı 2014-cı ildə "Benfika"dan 16 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub.

Xəbər lenti

Çox oxunanlar