Xəzər Xəbər

Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb

Hadisə | 09:08 • 23 Sentyabr 2021
Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb

Bakıda taksi sürücüsü ofisiantı qətlə yetirib, onun qardaşını isə bıçaqlayıb.

Hadisə Qaradağ rayonunda baş verib. 

Lökbatan qəsəbəsi, 28 May küçəsində qeydə alınmış hadisə zamanı taksi sürücüsü 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlunu və onun qardaşı, 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlunu bıçaqlayıb. Qardaşlar ara küçədən əsas yola çıxaraq ətrafdakılardan kömək istəməyə çalışıb. Lakin K.Cəfərov qanaxmadan yolda dünyasını dəyişib. S.Cəfərov isə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hər iki qardaş Lökbatanda iaşə obyektində ofisiant işləyib. (APA)

Xəbər lenti