Xəzər Xəbər

Abşeronda üç avtomobil toqquşdu, xəsarət alanlar var

Hadisə | 539 | 08:42 • 26 İyul 2021
Abşeronda üç avtomobil toqquşdu, xəsarət alanlar var

Abşeronda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 10-SH-264 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə 10-TP-924 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil toqquşub, sonuncu maşın da 90-BG-386 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşına dəyib.

Qəza nəticəsində “Ope” markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Xəbər lenti