Xəzər Xəbər

Toyda 23 yaşlı gənci ürəyindən bıçaqlayan şəxs YAXALANDI

Hadisə | 09:02 • 26 İyul 2021
Toyda 23 yaşlı gənci ürəyindən bıçaqlayan şəxs YAXALANDI

Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

XəzərXəbər xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

Xəbər lenti