Xəzər Xəbər

Azərbaycanda yanğınların sayı azalıb

Hadisə | 14:47 • 3 May 2021
Azərbaycanda yanğınların sayı azalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində 2020-ci və 2021-ci illərin birinci rübü ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlilini aparıb.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi şəkildə müəssisə və təşkilatlarda həyata keçirilən nəzarət, o cümlədən əhali ilə aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, yanğın hadisələrinin göstəricilərinin dinamikasında azalmaya nail olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınların ümumi sayında 108, insan tələfatı 3, yaşayış sektorunun payına düşən yanğınlarda 109, ticarət obyektlərində 2, meşə sahələrində 1, nəqliyyat vasitələrində baş vermiş yanğınların sayında 9 fakt azalma, yanğın hadisələrindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətə dəyən maddi ziyanın məbləğində isə 116 min manat (2 faiz) azalma qeydə alınıb.

Yanğınların profilaktikası istiqamətində Xidmət tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti