Xəzər Xəbər

Heroin alverçisi polisə hücum etdi

Hadisə | 15:25 • 3 May 2021
Heroin alverçisi polisə hücum etdi

Aprelin 29-da İmişli rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İmişli rayon prokurorluğundan XəzərXəbər-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, VAZ-21074 markalı, 57-BR-071 dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə bağlı keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili idarə edən Oruc Ağaməmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa cəhd edərək avtomobili İmişli RPŞ-nin DYP Bölməsinin inspektorları Nicat Süleymanov və Ramil Muradovun üzərinə sürməklə sonunculara dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirib.

Oruc Ağaməmmədovun üzərinə baxış keçirilən zaman üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış, Oruc Ağaməmmədov qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti