Xəzər Xəbər

Bakıda avtomobil səkiyə çırpılaraq yanıb

Hadisə | 09:51 • 30 İyul 2020
Bakıda avtomobil səkiyə çırpılaraq yanıb

Bakı şəhərinin Səbail rayonunda "Ford" markalı minik avtomobili səkiyə çırpılıb.


Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti