Xəzər Xəbər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə | 08:29 • 30 İyul 2020
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, yanğın zamanı liftdə qalan 2 nəfər xilasedicilər tərəfindən xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti