Xəzər Xəbər

Bakı şəhər sakinindən 1 kq-dan çox heroin götürülüb

Hadisə | 16:30 • 30 İyul 2020
Bakı şəhər sakinindən 1 kq-dan çox heroin götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədov Xəzər rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 30 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti