Xəzər Xəbər

Bakıdan rayona gedib qayınatasının evinə atəş açdı

Hadisə | 14:14 • 28 İyun 2019
Bakıdan rayona gedib qayınatasının evinə atəş açdı

Ağcabədidə silahlı insident olub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qaynatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus "Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti