Xəzər Xəbər

Şəmkirdə avtomobil yük maşınına çırpıldı – ÖLƏN VAR

Hadisə | 14:21 • 28 İyun 2019
Şəmkirdə avtomobil yük maşınına çırpıldı – ÖLƏN VAR

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, iyunun 27-də saat 15 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini Elmar Tağıyevin idarə etdiyi "VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi "ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar