Xəzər Xəbər

Bakıda tikinti sahəsində dəhşətli hadisə - ÖLƏN VAR

Hadisə | 14:09 • 28 İyun 2019
Bakıda tikinti sahəsində dəhşətli hadisə - ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 9 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində aparılan tikinti sahəsində Bakı şəhər sakini M.Abdullayev idarə etdiyi "KamAZ” markalı avtomobili arxaya verərkən orada fəhlə işləyən Şəki şəhər sakini Fazil Seyidovu vurub. O, hadisə yerində ölüb.

Araşdırma aparılır.

Xəbər lenti