Xəzər Xəbər

Bakıda taksi sürücüsündən qadına qarşı İYRƏNC HƏRƏKƏT – Aldadıb başqa yerə apardı və...

Hadisə | 14:50 • 24 Dekabr 2018
Bakıda taksi sürücüsündən qadına qarşı İYRƏNC HƏRƏKƏT

Bakıda taksi sürücüsündən qadına qarşı cinayət törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın "28 Mall” ticarət mərkəzinin qarşısında "Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib. Sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.

Xəbər lenti