Xəzər Xəbər

Xırdalanda köşkdə 11 mindən artıq partlayıcı vasitələr aşkar edilib

Hadisə | 14:27 • 24 Dekabr 2018
Xırdalanda köşkdə 11 mindən artıq partlayıcı vasitələr aşkar edilib

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 22-də keçirdikləri növbəti reydlər zamanı "Sədərək” ticarət mərkəzindəki mağazalardan 5 700 ədəd, Xırdalan şəhəri ərazisində 1 köşkdən 11 536 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar