Xəzər Xəbər

Nazirlik ağac kəsənləri polisə verdi

Hadisə | 14:33 • 30 May 2018
Nazirlik ağac kəsənləri polisə verdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.


ETSN-nin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Xəbər lenti