Xəzər Xəbər

Axtarışda olan "Lexus" gömrükdə tapıldı

Hadisə | 14:55 • 30 May 2018
Axtarışda olan "Lexus" gömrükdə tapıldı
Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.


Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən xəbərə görə, yoxlama zamanı 2017-ci ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti