Xəzər Xəbər

“Range Rover”in ban nömrəsi saxtalaşdırıldı FOTO

Hadisə | 09:59 • 23 Yanvar 2018
“Range Rover”in ban nömrəsi saxtalaşdırıldı

Dövlət Gömrük Komitəsinin əməkdaşları ban nömrəsi saxtalaşdırılan avtomobil aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan "Land Rover Range Rover" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.



Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024