Xəzər Xəbər

Dərman qutularından narkotik çıxdı

Hadisə | 15:03 • 6 İyul 2017
Dərman qutularından narkotik çıxdı

Azərbaycana gələn İran vətəndaşında metadon aşkar olunub.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşına məxsus iki ədəd dərman qutusunda, təsiredici maddəsinin ümumi miqdarı 10 qram olan tramadol və təsiredici maddəsinin ümumi miqdarı 5,98 qram olan metadon adlı dərman preparatları aşkar olunub.

Qeyd edək ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti