Xəzər Xəbər

İrandan gələn azərbaycanlının daxili orqanında narkotik tapıldı

Hadisə | 13:51 • 6 İyul 2017
İrandan gələn azərbaycanlının daxili orqanında narkotik tapıldı

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanada tibbi müayinə nəticəsində vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 1,40 qram olan narkotik vasitə - metadon və 2 ədəd bağlamada xalis çəkisi 65,316 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar