Xəzər Xəbər

Nazir mədəni sülh üçün şərtləri açıqladı

Gündəm | 12:03 • 2 Dekabr 2021
Nazir mədəni sülh üçün şərtləri açıqladı

“Biz indi sülh və mədəniyyətin bir-biri ilə necə əlaqəli olması üzərində düşünməliyik”.

XəzərXəbər xəbər verir ki, bunu “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycana dayanıqlı sülh lazımdır.

“Biz düşünməliyik ki, sülh üçün nələr lazımdır? Biz mədəni sülhün təmini üçün edilən təşəbbüsləri təşviq etməliyik”, - deyə Anar Kərimov əlavə edib.

Onun sözlərinə əsasən, postmünaqişə dövründə mədəniyyətlə sülhün harmoniyası aktuallıq qazanır.

Anar Kərimov bildirib ki, mədəni sülh humanitar missiyaların tərkib hissəsidir.

“Postmüharibə dövründə regionda kommunikasiyaların açılması gündəmə gəlib. Azərbaycanla Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiyası üçün danışıqlar aparılır. Mədəni sülh isə humanitar missiyalara daxildir”, - deyə Anar Kərimov söyləyib.

Nazir təklif edib ki, mədəni sülh üçün tədqiqat işləri və filmlərin çəkilməsi təşviq edilməlidir.

“Mədəniyyət sülhün bərqərar olması üçün vacib komponentdir”, - deyə nazir bildirib.

Xəbər lenti