Xəzər Xəbər

Tarixi hadisə: Prezidentlər Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər

Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər
Gündəm | 13:32 • 26 Oktyabr 2021
Tarixi hadisə: Prezidentlər Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

XəzərXəbər xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

Xəbər lenti

Çox oxunanlar