Xəzər Xəbər

Metroda vətəndaşlardan niyə şəxsiyyət vəsiqəsi tələb edilir? AÇIQLAMA

Gündəm | 13:53 • 26 Oktyabr 2021
Metroda vətəndaşlardan niyə şəxsiyyət vəsiqəsi tələb edilir?

Bu gün Bakı metropolitenin müxtəlif stansiyalarında polis əməkdaşları vətəndaşlardan şəxsiyyət vəsiqələrini tələb edib.

BŞBPİ-nin mətbuat xidmətinin rəisi polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib.

E.Hacıyev bildirib ki, buna səbəb aktiv koronavirus xəstələrinin metrodan istifadə etməsi barədə məlumatın daxil olması olub.

Qeyd edək ki, hazırda bununla bağlı ciddi yoxlamalar aparılır.

Xəbər lenti