Xəzər Xəbər

Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan açıqlama

Gündəm | 2,044 | 11:04 • 26 İyul 2021
Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan açıqlama

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

XəzərXəbər xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:

"Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə, sərt qapanmalara gedilməyəcək”. //Modern.az

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024