Xəzər Xəbər

Həkimdən şok iddia: Hər 10 nəfərdən 5-i toylarda yoluxur

Həkimdən iddia: Son vaxtlar virusa yoluxan hər 10 nəfərdən 5-i toylarda yoluxub
Gündəm | 706 | 12:10 • 24 İyul 2021
Həkimdən şok iddia: Hər 10 nəfərdən 5-i toylarda yoluxur

Son vaxtlar koronavirusa yoluxan hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə yoluxur.

Bunu açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, toyların keçirilməsinə icazə verilməsi yoluxma sayına öz təsirini göstərməyə başlayıb:

"Biz öz ölkəmizdə COVİD-19 problemini həll edə bilirik. Bunu zaman göstərdi. Yoluxanların sayında çox cüzi artım var. Bizə müraciət edən virusa yoluxmuş hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə olub-olmaması barədə sualımıza bəli deyir. Lakin buna baxmayaraq yoluxma oktyabr-dekabr aylarındakı kimi vüsət almayıb. Toylarda ara məsafə saxlanılacağı, gigiyenaya riayət ediləcəyi müddətdə maskasız ötüşmək olacaq"./Metbuat.az 

Xəbər lenti