Xəzər Xəbər

Azərbaycanda hər 6 aydan bir vaksin vurula bilər - AÇIQLAMA

Gündəm | 11:55 • 24 İyul 2021
Azərbaycanda hər 6 aydan bir vaksin vurula bilər - AÇIQLAMA

“Əhaliyə on illərlə hər 6 aydan bir virus əleyhinə vaksin vurula bilər. Buna hazır olsunlar. Əgər başqa ştamlar da meydana gələrsə, ona uyğun vaksinlər hazırlanacaq. Hər 6 aydan bir bu prosedur tətbiq olunacaq”.

XəzərXəbər xəbər verir ki, bu sözləri həkim-mütəxəssis Vasif İsmayıl “ARB24”ə müsahibəsi zamanı bildirib.

O, koronavirusun qriplə müqayisədə öldürücülüyünün daha çox olduğunu qeyd edərək məhz ona qarşı peyvəndin tətbiqinin zəruri olduğunu vurğulayıb:

“Əvvəllər zökəm peyvəndi vurdurmaq məcburi deyildi. Amma COVID-19-un peyvəndi məcburi olacaq. İnsanlar indi etiraz edirlər. Onların səyahət imkanları əllərindən alınanda və başqa yerlərə buraxılmayanda məcbur vaksin vurduracaqlar. Xarici ölkələrə getmək istəyəndə peyvəndlənmə haqqında pasport istəyəcəklər, onda hamı məcbur olub vaksin vurduracaq”.

Xəbər lenti