Xəzər Xəbər

Xorvatiyanın sabiq Prezidenti: Türkiyənin Avropa İttifaqında olmasından daha çox fayda götürə bilərik

Dünya | 13:38 • 16 Mart 2024
Xorvatiyanın sabiq Prezidenti: Türkiyənin Avropa İttifaqında olmasından daha çox fayda götürə bilərik

Qərbi Balkan ölkələri Avropa İttifaqına ən yaxın ölkələrdir. Ancaq Avropa İttifaqı (Aİ) Qərbi Balkan regionu ilə natamam qalacaq. Aİ-nin strateji və təhlükəsizlik problemləri var. Bu İttifaqın ölkələrlə bağlı mövqeyi aydın deyil.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

İttifaqa üzv olmaq istəyən ölkələrin heç də hamısının bütün meyarlara cavab verə bilməyəcəyini bildirən sabiq Prezident qeyd edib: “Bu gün Avropa İttifaqının vahid xarici təhlükəsizlik konsepsiyası yoxdur. Aİ siyasi oyunçu kimi mühüm rol oynamaq istəyirsə, sıralarını daha da genişləndirməlidir. Bosniya və Herseqovina ilə danışıqların tezliklə başlanması vacibdir. Bəzi ölkələrdə islahatlar yetərincə deyil. Biz artıq islahatlar aparmalıyıq. Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Mən buna təəssüflənirəm. Türkiyənin Avropa İttifaqında olmasından daha çox fayda götürə bilərik”.

Xəbər lenti