Xəzər Xəbər

Rusiya Ermənistana xəbərdarlıq edib

Dünya | 11:39 • 16 Mart 2024
Rusiya Ermənistana xəbərdarlıq edib

Ermənistanın KTMT-dən çıxması bu ölkənin milli maraqlarına cavab vermir, həmin proses Qərbdə hazırlanır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

O əlavə edib ki, Ermənistanın KTMT-dən çıxması istəyi Qərblə “oyun oynamağa” deyil, ölkənin real ehtiyaclarına əsaslanmalıdır.

Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, öz səhvlərini ört-basdır etmək üçün təşkilatın arxasında gizlənmək lazım deyil.

Diplomatın sözlərinə görə, Rusiya Ermənistanla təmaslar zamanı onun anti-Rusiya siyasətinə cəlb olunmasının riskləri barədə xəbərdarlıq edir.

“Biz bütün qəlbimizlə və səmimiyyətlə arzu edirik ki, Ermənistan öz suverenliyini qoruyub saxlasın”, -deyə M.Zaxarova qeyd edib.

Xəbər lenti