Xəzər Xəbər

ABŞ İranı nüvə danışıqlarına qayıtmağa çağırıb

Dünya | 08:42 • 6 Avqust 2021
ABŞ İranı nüvə danışıqlarına qayıtmağa çağırıb

ABŞ İran Prezidenti İbrahim Rəisini 2015-ci il nüvə anlaşmasının bərpası ilə bağlı danışıqlara qayıtmağa çağırıb və bildirib ki, “diplomatiyaya açılan pəncərə əbədi deyil”.

Bu barədə “Reuters” yazıb. 

“Prezident Rəisiyə mesajımız əvvəlki prezidentlərə etdiyimiz mesajla eynidir. Birləşmiş Ştatlar milli təhlükəsizlik maraqlarını bir daha qoruyacaq”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

O bildirib ki, Vaşinqton İranın diplomatik həll yolu tapmaq üçün fürsətdən istifadə edəcəyinə ümid edir.

“İranı yaxın gələcəkdə danışıqlara qayıtmağa çağırırıq”, - deyən Prays prosesin sona qədər davam edə bilməyəcəyini əlavə edib.

Xəbər lenti