Xəzər Xəbər

Zelenskidən gözlənilməz qərar: Müharibəyə hazırlıq başladı

Dünya | 14:55 • 29 İyul 2021
Zelenskidən gözlənilməz qərar: Müharibəyə hazırlıq başladı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə milli müqavimətin yaradılması və silahlı qüvvələrin sayının 4.4 faiz artırılması, yəni 261 minə çatdırılması haqda sərəncam imzalayıb.

Ukrayna lideri bu qərarın ölkənin təhlükəsizliyi üçün vacib olduğunu deyib.

“Ukraynada milli müqavimətin gücləndirilməsi bir daha 2014-cü il hadisələrinə yol verilməyəcəyinə və Ukraynanın qorunmasının ümummilli vəzifəmiz olduğuna dair güclü siqnaldır”, - Zelenski bildirib.

Sənəddə milli müqavimətin Ukraynanın müdafiəsinin tərkib hissəsi olduğu, vətəndaşların hərbi təhlükəsizliyin təmin edilməsinə, təcavüzün qarşısının alınmasına və düşmənlə mübarizəyə yönəlmiş tədbirlər kompleksini əhatə etdiyi vurğulanıb. Xüsusilə, bu çərçivədə dinc dövrdə insanların əsas hərbi vərdişlərə yiyələnmələri üçün ümumi hərbi hazırlığa cəlb edilməsi planlaşdırılır.

Milli müqavimət hərəkatına prezident rəhbərlik edəcək.

Qanun Ukrayna Silahlı Qüvvələrində ərazi müdafiə qüvvələrinin yaradılmasını da təmin edir./Teleqraf.com 

Xəbər lenti