Xəzər Xəbər

Koronavirus ruslara bəla gəlib: 24 saatda 799 nəfər öldü

Dünya | 17:20 • 29 İyul 2021
Koronavirus ruslara bəla gəlib: 24 saatda 799 nəfər öldü

Rusiyada son 24 saatda koronavirusdan ölənlərin sayı 799 nəfər olub.

Bu məlumatı Koronavirusa qarşı mübarizə üzrə Əməliyyyat Qərargahı açıqlayıb.

Beləliklə, pandemiya başlayandan bəri COVID-19-dan ölənlərin ümumi sayı 156.977 nəfərə çatıb.

Bununla bərabər, son 24 saatda ölkədə 23.270 yoluxma qeydə alınıb.

Rusiya paytaxtı həm yoluxma (3.356), həm də ölüm sayında (79) koronavirusun mərkəzi olaraq qalır.

Xəbər lenti