Xəzər Xəbər

Dünyada son sutkada koronavirusdan 9 minə yaxın insan dünyasını dəyişib

Dünya | 09:08 • 30 Mart 2021
Dünyada son sutkada koronavirusdan 9 minə yaxın insan dünyasını dəyişib

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 518 mindən çox artıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 518 min 201 nəfər yeni koronavirusa yoluxub, 8 min 923 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 126 milyon 890 min 540, ölənlər isə 2 milyon 778 min 619 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.a

Xəbər lenti