Xəzər Xəbər

“Biontech” şirkəti tərəfindən istehsal olunan peyvəndin ilk hissəsi Türkiyəyə gətirilib

Dünya | 09:11 • 25 Mart 2021
“Biontech” şirkəti tərəfindən istehsal olunan peyvəndin ilk hissəsi Türkiyəyə gətirilib

Almaniyanın “Biontech” şirkəti tərəfindən istehsal olunan COVID-19 peyvəndinin ilk 700 min dozası martın 24-də Türkiyəyə gətirilib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca rəsmi “Twitter” hesabında bildirib.

Məlumatda qeyd edilir ki, bununla hazırda Türkiyədə ümumilikdə 1.4 milyon doza istifadəyə hazır COVID-19 vaksini var. Vaksinlər peyvəndlərin saxlanılmasına uyğun şəraiti olan bütün mərkəzlərə paylanacaq. “Biontech” şirkəti tərəfindən hazırlana peyvənd isə Türkiyədə ilk dəfə istifadə ediləcək.

Xəbər lenti