Xəzər Xəbər

Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçildi

Dünya | 17:12 • 24 Mart 2021
Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçildi

Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib.

Xezerxeber.az xəbər verir ki, bu günTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayı keçirilib. 

Qurultayda Rəcəb Tayyib Ərdoğan 1428 səslə yenidən AKP-nin sədri seçilib.

Qeyd edək ki, qurultayda Konqres Divan başqanı Ali İhsan Yavuz sədr seçkisinin nəticəsini açıqlayıb. Bildirib ki, AKP sədrliyinə keçirilən seçkidə 1431 səs verilib, onlardan 1428-i etibarlı və 3-ü etibarsız hesab edilib. Yavuz deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə 1428 səs qazanıb və yenidən AKP sədri seçilib. 

Seçkidən sonra Rəcəb Tayyib Ərdoğan çıxış edib. 

"Məni bir daha sədrliyə layiq gördüyünüz üçün hər birinizə təşəkkür edirəm",-deyə Ərdoğan bildirib.

Xəbər lenti