Xəzər Xəbər

İranda koronavirusdan ölənlərin sayı 15 mini ötüb

Dünya | 14:47 • 23 İyul 2020
İranda koronavirusdan ölənlərin sayı 15 mini ötüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 221 nəfər vəfat edib.


Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 15 074 nəfərə çatıb.


İranda son sutka ərzində koronavirusa 2 621 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 284 034 nəfərə çatıb.


İndiyədək xəstəlikdən 247 230 nəfər sağalıb.


Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 667 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xəbər lenti