Xəzər Xəbər

Gürcüstan beynəlxalq avireyslərə tətbiq olunan qadağanın müddətini uzadıb

Dünya | 15:50 • 23 İyul 2020
Gürcüstan beynəlxalq avireyslərə tətbiq olunan qadağanın müddətini uzadıb

Gürcüstan Mülki Aviasiya Agentliyi beynəlxalq aviareyslərn müntəzəm həyata keçirilməsinə tətbiq olunan qadağaların avqustun 31-dək uzadılması barədə qərar qəbul edib.


Bildirilir ki, bu qərar dünyada koronavirus pandemiyasının davam etməsi ilə əlaqədardır. Bununla belə, qərar Paris, Münhen və Riqaya həyata keçiriləcək uçuşlara şamil edilməyəcək. Bu istiqamətlər üzrə nəzərdə tutulmuş aviareyslər davam edəcək.


Agentlikdən verilən məlumata görə, avqustun 2-dən həftədə 2 dəfə Münhenə, avqustun 8-dən Parisə və Riqaya müntəzəm aviareyslər həyata keçiriləcək.

Xəbər lenti