Xəzər Xəbər

Hulusi Akar: Suriyanın sərhədboyu təhlükəsizlik zonası Türkiyə hərbi qüvvələrinin nəzarətində olmalıdır

Dünya | 09:17 • 16 Fevral 2019
Hulusi Akar: Suriyanın sərhədboyu təhlükəsizlik zonası Türkiyə hərbi qüvvələrinin nəzarətində olmalıdır

Suriya ərazisində Türkiyənin dövlət sərhədi boyunca təmin olunacaq təhlükəsizlik zonası bütün bölgə üçün əhəmiyyətlidir. Bu zonaya koalisiya qüvvələri yox, Türkiyənin hərbi birlikləri nəzarət etməlidir.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar Almaniyada keçirilən Münxen Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan toplantıda deyib. ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın müdafiə nazirlərinin iştirakı ilə keçirilən həmin toplantıda çıxış edən H. Akar diqqətə çatdırıb ki, Türkiyənin Silahlı Qüvvələri "Zeytun budağı” və "Firat qalxanı” antiterror əməliyyatları nəticəsində bölgədə üç mindən yuxarı İŞİD terrorçusunu zərəsizləşdirib.


Türkiyəli nazir söyləyib ki, ABŞ qüvvələrinin Suriyadan çıxarılması ilə bölgədəki boş ərazi digər terrorçu təşkilatların nəzarətinə keçməməlidir. Tələb olunan təhlükəsizlik zonası isə təkcə Türkiyə üçün deyil, eyni zamanda, öz yurd-yuvasına dönmək istəyən suriyalıların rahatlığı üçün də vacibdir.

Xəbər lenti