Xəzər Xəbər

Roma imperatorunun maskası Bolqarıstanda tapılıb

Dünya | 09:31 • 16 Fevral 2019
Roma imperatorunun maskası Bolqarıstanda tapılıb

Bolqarıstan arxeoloqları Varna şəhərində yerləşən Canavara arxeoloji sahəsində maska aşkar ediblər.


Tapıntının Roma imperatorunun üzünü ifadə edən VI əsrə aid maska olduğu ehtimal edilir. Regional arxeoloji muzeyin əməkdaşları bildiriblər ki, Bolqarıstan ərazisində birinci dəfədir ki, belə maskalar tapılır. Hazırda alimlər dəqiqliklə hansı imperatora məxsus olmasını aşkar etmək üçün maskanın üzərini tam bərpa etməyə çalışırlar. Bundan əlavə, arxeoloqlar ərazidə qədim su şəbəkə sistemləri də aşkar edib. (AZƏRTAC)

Xəbər lenti