Xəzər Xəbər

Ukraynada hər gün 400-dən çox insan qızılca xəstəliyinə tutulur

Dünya | 17:39 • 22 Yanvar 2019
Ukraynada hər gün 400-dən çox insan qızılca xəstəliyinə tutulur

Ukraynada yanvar ayı ərzində 8500 nəfər qızılca xəstəliyinə tutulub ki, onlardan 4961-i uşaqdır.


Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.


Yanvar ayı ərzində qızılcadan 5 nəfər dünyasını dəyişib. Təkcə, son bir həftədə Ukraynada qızılcadan 3 nəfər ölüb. Artıq Ukraynanın bir neçə vilayətində orta məktəblərdə qızılca xəstəliyi ilə bağlı karantin elan edilib.


Qızılca xəstəliyinə qarşı peyvəndin edilməməsi, Ukraynada bu xəstəliyin yayılmasına səbəb olur.


Qeyd edək ki, 2018-ci ildə Ukraynada qızılca xəstəliyindən 16 nəfər ölüb.

Xəbər lenti