Xəzər Xəbər

Bu ölkənin hökuməti istefaya getdi Prezident imzaladı

Dünya | 12:58 • 19 Yanvar 2019
Bu ölkənin hökuməti istefaya getdi

Hadisə Burkina-Fasoda qeydə alınıb.

Burkina-Faso prezidenti Rok Kabore cümə günü hökumətin istefasını qəbul edib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə məlumat hökumətin rəsmi saytında dərc olunub.

"Burkina-Faso prezidenti Rok Kabore cümə günü günortadan sonra yeni hökumətin formalaşdırılmasınadək müvəqqəti hökumətin təyin olunmasını tapşırmazdan əvvəl III Polya Kabı Tiyebı hökuməti üzvlərinin istefasını qəbul edib", - deyə məlumatda bildirilir.

Bəyanata əsasən, Tiyebı hökuməti 31 yanvar 2018-ci ildə formalaşdırılıb. (Report)

Xəbər lenti