Xəzər Xəbər

Qarşıdakı illərdə… - İran üçün QORXUNC PROQNOZ

Dünya | 17:51 • 14 Yanvar 2019
Qarşıdakı illərdə… - İran üçün QORXUNC PROQNOZ

İranın neft ixracı qarşıdakı illərdə çox aşağı olacaq. 2 milyon 500 min barrel olan ixracat 700-800 minə qədər düşəcək.

Bu sözləri iranlı iqtisadi ekspert Vahid Şikakişehri söyləyib.

Qarşıdakı günlərdə neftin bir barrelinin qiymətinin 60 dollara qədər yüksələcəyini deyən ekspert mövcud vəziyyətin əhalinin aşağı gəlirli təbəqəsinə zərər verəcəyini və siniflərarası fərqi artıracağını deyib.

"Əgər hökumət lazımı tədbirləri görməsə, milli valyuta daha da dəyərdən düşəcək və İran iqtisadiyyatında ciddi itkilərin şahidi olacağıq. Bir çox istehsal sahəsi bağlanacaq, ya da istehsal azalacaq. Hakimiyyət sanksiyaların təsirini nəzərə almır. Biz demək olar ki, boş bir iqtisadiyyatla qarşı-qarşıyayıq, sanksiyalarla mübarizə üzrə dəqiq proqram yoxdur, iqtisadiyyatda effektiv qərarlar qəbul olunmur və şəffaflıq üçün heç bir addım atılmır”, - o qeyd edib.

Qeyd edək ki, prezident Həsən Ruhani administrasiyası tərəfindən İran parlamentinə təqdim olunan 2019-cu ilin büdcəsində neft ixracının gündəlik 1,5 milyon barrel olması nəzərdə tutulur./publika.az

Xəbər lenti