Xəzər Xəbər

Camalın qətlində şübhəli bilinən diplomatın görüntüləri yayıldı

Dünya | 13:50 • 19 Oktyabr 2018
Camalın qətlində şübhəli bilinən diplomatın görüntüləri yayıldı
Şahzadə Məhəmməd bin Salmanın yaxın adamı olan Maher Əbdüləziz Mutrebin 2 oktyabrda jurnalist Camal Kaşoqidən bir neçə saat əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduğu üzə çıxıb.


"New-York Times” qəzeti Mutrebin konsulluğa daxil olma anını əks etdirən fotoları yayımlayıb.

Bundan əlavə, Mutrebin həmin gün baş konsul Məhəmməd Əl-Uteybinin evinin qarşısında dayandığı, Türkiyədəki otellərdən birindən böyük çanta ilə çıxdığı, Atatürk Hava Limanına getdiyi yayılan fotolarda öz təsdiqini tapıb.

Qeyd edək ki, "New York Times” ötən gün səudiyyəli jurnalist Camal Kaşoqinin öldürülməsində şübhəli bilinən şəxslərdən biri kimi Maher Əbdüləziz Mutrebin, 2017-ci ildən Səudiyyə Ərəbistanın Böyük Britaniyadakı səfirliyində diplomat olduğu, vəliəhd şahzadənin mühafizəçisi olaraq onu səfərlərində müşaiyət etdiyini açıqlayıb./Azvision.az


Xəbər lenti